Fransa və Almaniya LUKOİL-a qarşı sanksiya təklif etdi

Fransa və Almaniya LUKOİL-a qarşı sanksiya təklif etdi

Hazırda oxunan: Fransa və Almaniya LUKOİL-a qarşı sanksiya təklif etdi

269436

Fransa və Almaniya Rusiya neft şirkəti LUKOİL və onun törəmə müəssisəsi Litasco-ya qarşı sanksiyaların tətbiqini təklif ediblər. Bu addım Avropa İttifaqının (Aİ) yeni – 19-cu sanksiyalar paketinə daxil edilə bilər.

Bizim.Media xəbər verir ki, məlumatı Agence France-Presse (AFP) diplomatik mənbələrə istinadla yayıb.

Mənbələrin bildirdiyinə görə, hədəfə əsasən Rusiya neftinin Aİ-yə ixracında iştirak edən üçüncü ölkələrdəki neft emalı zavodları, eləcə də Rusiya xammalı ilə işləyən ticarət şirkətləri düşə bilər.

Bundan əlavə, Fransa və Almaniya Mərkəzi Asiyadakı çoxsaylı banklara və kriptovalyuta birjalarına qarşı da sanksiyaların sərtləşdirilməsini təklif ediblər.

Aİ rəsmiləri isə qeyd ediblər ki, yeni sanksiya paketinin müzakirəsi hələ ilkin mərhələdədir. 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO