Azərbaycandan iki ölkəyə 3 tondan çox qurbağa ayağı İXRAC OLUNDU - FOTO

Azərbaycandan iki ölkəyə 3 tondan çox qurbağa ayağı İXRAC OLUNDU - FOTO

Hazırda oxunan: Azərbaycandan iki ölkəyə 3 tondan çox qurbağa ayağı İXRAC OLUNDU - FOTO

268564

Bu ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta, İtaliya və Fransa respublikalarına 3 ton 600 kiloqram qurbağa ayağı, Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO