Azərbaycanla Danimarka arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

Azərbaycanla Danimarka arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: Azərbaycanla Danimarka arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

24895

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarkanın ölkəmizə yeni təyin olunmuş qeyri-rezident səfiri Danni Annanla görüşüb.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, M.Cabbarov səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Danimarka ilə əlaqələrin genişlənməsində maraqlı olduğu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmi qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarovdan Zəngəzur dəhlizi ilə bağlı TVİT


Ticarətin ölkələrimiz arasında tərəfdaşlığın əsas istiqamətlərindən olduğunu bildirən nazir ötən il Azərbaycan və Danimarkanın ticarət dövriyyəsinin 2019-cu ilə nisbətən 2 dəfədən çox artığını diqqətə çatdırıb, ölkəmizdə Danimarkanın “Carlsberg”, “Maersk” kimi transmilli şirkətlərinin fəaliyyətini qeyd edib.

İqtisadiyyat naziri Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, Danimarka şirkətlərini Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, nəqliyyat-logistika potensialından yararlanmağa dəvət edib.

Səfir Danni Annan ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə iqtisadi tərəfdaşlığın inkişafı imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO