Alıcıların NƏZƏRİNƏ: Sahibkarlar ƏDV-ni geri qaytarmaqdan imtina etsələr...

Alıcıların NƏZƏRİNƏ: Sahibkarlar ƏDV-ni geri qaytarmaqdan imtina etsələr...

Hazırda oxunan: Alıcıların NƏZƏRİNƏ: Sahibkarlar ƏDV-ni geri qaytarmaqdan imtina etsələr...

236971

Məlum olduğu kimi “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib.

Təkcə 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 176 milyon 360,4 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu texnikalar ƏDV-dən və gömrük rüsumundan AZAD EDİLİR


Amma bəzi ticarət və xidmət obyektlərində, xüsusən də tikinti materialları satışı məntəqələrində satıcılar ƏDV-ni geri qaytarmaqdan imtina edirlər. Bunun üçün müxtəlif bəhanələr gətirirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən  iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bəzi məhsulların ƏDV-si geri qaytarılmır:

“Bu siyahıya çörək məhsulları, spirtli içkilər, tütün məmulatları, yanacaq məhsulları və sairə daxildir. Bu məhsullar ƏDV-dən azad olunduğu üçün onları alarkən qarşı tərəf ƏDV-ni geri qaytarmır. Amma bir çox məhsulların, o cümlədən tikinti materiallarının alışı zamanı ƏDV geri qaytarılmalıdır. Bəzi işbazlar var ki, kassadankənar işləyirlər və onlar ƏDV-ni geri qaytarmırlar. Belə halla rastlaşan vətəndaş öz haqqını tələb etməli, lazım gələrsə Vergi Xidmətinə müraciət etməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO