2025-ci ildə Azərbaycanda ÜDM-in real artımı təxminən 4% olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə proqnoz “Moody's” agentliyinin hesabatında öz əksini tapıb.
Agentliyin hesabatına görə, Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə inkişaf edir. 2024-cü ildə ölkədə ÜDM 4,1% artdığı halda, 2023-cü ildə bu rəqəm cəmi 1,1% təşkil edib.
Artımın əsas hərəkətverici qüvvəsi ötən il 6,2% artmış qeyri-neft sektoru olaraq qalır.
Bizim.Media