2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 27,534 milyon dollar təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ticarət Nazirliyi yayıb.
Aprel ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2020-ci ilin apreli ilə müqayisədə 2,5 faiz azalaraq 7,618 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən dünya bazarlarına avtomobil ixracı 10,153 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz artıb.
Son 12 ayda (aprel 2020 - aprel 2021) Türkiyə 28,125 milyard dollar məbləğində avtomobil ixrac edib. (Trend)
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:59 / 02.06.2021
Azərbaycanın Türkiyədən avtomobil idxalı azaldı
Hazırda oxunan: Azərbaycanın Türkiyədən avtomobil idxalı azaldı
Hazırda oxunan: Azərbaycanın Türkiyədən avtomobil idxalı azaldı
23298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.