Azərbaycanın ixracı azalıb, idxalı artıb - FOTO

Azərbaycanın ixracı azalıb, idxalı artıb - FOTO

Hazırda oxunan: Azərbaycanın ixracı azalıb, idxalı artıb - FOTO

231136

2024-cü ildə (yanvar-dekabr) Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları təşkil edib.

Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
 

O cümlədən, 2024-cü ildə Azərbaycanın ixracı 26 milyard 554 milyon 56 min ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon 44 min ABŞ dolları məbləğində olub. Saldo müsbət 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib.


Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 183 milyon 900 min ABŞ dolları o cümlədən, ixracı 33 milyard 898 milyon 554 min ABŞ dolları, idxalı 17 milyard 285 milyon 345 min ABŞ dolları, saldo 16 milyard 613 milyon 210 min ABŞ dollar təşkil etmişdi.

2024-cü ilin noyabr və dekabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarında mənfi saldo yaranıb. Mənfi saldo noyabrda 535 milyon 352 min dollar, dekabr ayında isə 70 milyon 8 min dollar təşkil edib. 2024-cü ilin Mart və Sentyabr aylarında da saldo mənfi idi.

2024-cü ilin noyabr ayında Azərbaycanın ixracı 1 milyard 599 milyon 713 min dollar, idxalı 2 milyard 135 milyon 64 min dollar, dekabrda Azərbaycanın ixracı 2 milyard 216 milyon 194 min dollar, idxalı isə 2 milyard 286 milyon 203 min dollar olub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO