“Türkiyə şirkətləri yenidənqurma işlərində fəal iştirak edir” - Rəşad Nəbiyev

“Türkiyə şirkətləri yenidənqurma işlərində fəal iştirak edir” - Rəşad Nəbiyev

Hazırda oxunan: “Türkiyə şirkətləri yenidənqurma işlərində fəal iştirak edir” - Rəşad Nəbiyev

23057

Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdik. Səfər çərçivəsində türkiyəli həmkarlarımız erməni vandalizminin, vəhşiliyinin şahidi oldular. 

Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rəqəmsal transformasiyanın zəruri olduğu dövrdə yaşayırıq” - Nazir


Nazir qeyd edib ki, azad edilmiş torpaqlarda genişmiqyaslı tikinti-quraşdırma işlərinə, o cümlədən dəmir yolu infrastrukturunun və Füzuli hava limanının inşasına başlanılıb: 

“Prezident İlham Əliyevin tapşırığı ilə türk şirkətləri bu prosesə cəlb olunublar. 44 günlük müharibə zamanı türk qardaşlarımızın hər zaman yanımızda olduğunu hiss etdik.

Bu gün də onlar öz bilik və bacarıqlarını, təcrübələrini işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsində bölüşürlər. Bu torpaqlarda aparılan yenidənqurma işləri, infrastruktur layihələri ümumilikdə regionun inkişafına böyük təkan verəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO