Azərbaycan hotellərində noyabr üçün orta qiymət ARTIB

Azərbaycan hotellərində noyabr üçün orta qiymət ARTIB

Hazırda oxunan: Azərbaycan hotellərində noyabr üçün orta qiymət ARTIB

216530

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,7 manat təşkil edib.

Bizim.Media Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.

Təkcə noyabr ayında, booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 406,2 manat olub ki, bu da bir il əvvələ nisbətən 4 dəfə çoxdur.

Müqayisə üçün, İstanbul hotellərində yanvar-noyabr aylarında orta qiymət 164,3 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Gürcüstanda isə yanvar-noyabr aylarında hotellərdə bir gecə qalmaq üçün orta qiymət 132,3 manat olub (-10,2 %).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO