Son aylarda orta aylıq əməkhaqqı niyə AZALIB?

Son aylarda orta aylıq əməkhaqqı niyə AZALIB?

Hazırda oxunan: Son aylarda orta aylıq əməkhaqqı niyə AZALIB?

216113

Xəbər verildiyi kimi, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997 manat 10 qəpik təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % və ya 74 manat çoxdur. Ötən ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 923 manat olub.

Maaşlar ötən illə müqayisədə artsa da, son dörd aydır ki, azalır. Belə ki, cari ilin yanvar-iyul aylarında orta aylıq nominal əməkhaqqı 1 002,4 manat (5,3 manat çox), yanvar-iyun aylarında 1 002,8 (40 qəpik çox), yanvar-may aylarında 1 003,3 manat (50 qəpik çox), yanvar-aprel aylarında 1 007,5 (4,2 manat çox) olub.

Bəs, orta aylıq əməkhaqqıson aylarda niyə azalıb?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son 4 ayda orta aylıq əmək haqqının azalmasının müxtəlif səbəbləri ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Özəl sektorda da maaş artımları OLACAQ?


“Əsas səbəblərdən biri odur ki, əvvəllər özəl sektorda bir çox şirkətlər bəzi işçilərlə əmək müqaviləsi əvəzinə fərdi müqavilələr imzalayırdılar. Sonradan fərdi müqavilə ilə işləyən işçilərin də vergi yükü artdı. Yəni bu vergi bəzi sahələrdə 5 faizdən 20 faizə qədər yüksəldi.

Vergilər Xidmətinin də siyasəti ondan ibarətdir ki, əmək müqavilələrin sayı artırılsın. Ona görə də bəzi şirkətlərə məktublar göndərildi ki,  VEÖN-lə çalışan işçiləri əmək müqaviləsinə keçirsinlər. Ola bilsin ki, yeni əmək müqavilələri bağlanarkən şirkətlər vergini çıxmaqla işçilərlə daha az əməkhaqqı ilə müqavilələri bağlamağa başlayılar. Bu da orta aylıq əmək haqqının aşağı düşməsinə səbəb ola bilər”.

İqtisadçı ekspert onu da bildirib ki, iş yerlərinin azlığı rəqabəti artırır:

“Bu hesaba da daha az əmək haqqına işləmək istəyənlərin sayı çoxalır. Bu vəziyyətdən istifadə edən işəgötürənlər də yüksək maaşdansa, daha aşağı maaşla işçiləri işə qəbul etməyə üstünlük verirlər. Bu da ümumi statistik mənzərəyə mənfi təsir göstərir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO