2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 943 milyon 791 min dollar dəyərində 51 179 ədəd avtomobil idxal olunub.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 9.8% və ya 5 587 ədəd azalıb, dəyəri isə 4.8% və ya 43.2 milyon dollar artıb.
2023-cü ilin müvafiq dövründə Azərbaycana 900 milyon 590 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 300 ədəd avtomobil artaraq 1792 ədəd təşkil edib.
Bizim.Media