Son bir ayda avtomobil bazarında durğunluqdur. İkinci əl avtomobillərin satışında ciddi problemlər var. Bu da əsasən taksi parkının yenilənməsi ilə bağlı qərardan qaynaqlanır.
Əvvəllər bir sıra insanlar 5-10 minə köhnə avtomobil alaraq bu fəaliyyətlə məşğuldur. Amma iyulun 1-dən yeni qaydalar qüvvəyə minib. İstehsal tarixi 15 ildən artıq olan avtomobillərdən taksi kimi istifadə olunması qadağan edilib. Ən azı qanun buna icazə vermir. Ona görə də köhnə avtomobillərə maraq xeyli azalıb.
Bundan əlavə yanacağın qiymətindəki son dəyişiklik avtomobil bazarına da təsirsiz ötüşməyəcək.
Xüsusən də, dizellə işləyən avtomobillərə marağın azalacağı gözlənilir.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, avtomobillərin qiymətində azalma yeni başlayıb:
“Bu proses hələ bir müddət davam edəcək. Çünki hər dəfə yanacağın qiyməti qalxanda maşın bazarında bir durğunluq yaranır. Bu dəfə də istisna deyil. Yanacağın qiymətinin növbəti dəfə artması avtomobillərə marağı azaldacaq. Digər tərəfdən taksi parkından çıxan köhnə avtomobillər də avtomobil bazarına üz tutur. Bu iki səbəb avtomobil bazarında uzun müddət durğunluq yaradacaq. Nəticədə, köhnə avtomobillər böyük ölçüdə ucuzlaşacaq”.
Ekspert qeyd edib ki, köhnə avtomobil sahibləri artıq taksi kimi fəaliyyət göstərə bilməyəcəklər:
“Həm də yanacağın qiymətindəki artım avtomobilə marağı azaldacaq. Ötən gün belə bir məlumat yayıldı ki, metroda sərnişin daşıma ilk dəfə olaraq pandemiyadan əvvəlki dövrdəki göstəricini üstələyib. Bu da onu göstərir ki, taksi parkındakı yeni qaydalar və qiymət artımı bir çox insanı yenidən ictimai nəqliyyata üz tutmağa məcbur edib. Ona görə də metroda sərnişin daşımanın həcmi son aylarda kəskin artıb. Bir sözlə, ikinci əl avtomobillər yaxın bir ayda 25-30 faiz ucuzlaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 04.07.2024
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Bu maşınlar UCUZLAŞACAQ”
Hazırda oxunan: Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Bu maşınlar UCUZLAŞACAQ”
Hazırda oxunan: Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Bu maşınlar UCUZLAŞACAQ”
200259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.