ABŞ-dan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı AÇIQLAMA

ABŞ-dan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: ABŞ-dan Rusiyanın dondurulmuş aktivləri ilə bağlı AÇIQLAMA

197662

"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsində heç bir hüquqi ziddiyyət yoxdur".

Bizim.Media "Interfax.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın maliyyə naziri Canet Yellen çıxış edib.

O, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın dövlət aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadəsinin oğurluq olduğu iddiasını da rədd edib.

"Heç bir halda oğurluqdan söhbət gedə bilməz. Rusiya aktivləri bu qurumda qalır. Onlar hərəkətsizdir. Rusiya sərmayələrinin müddəti artıq başa çatıb. Rusiyanın pulu nağd formadadır, lakin orada hesablanan gəlirə hüququ yoxdur", - C.Yellen bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO