Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ VERİB

Hazırda oxunan: Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artımla bağlı PROQNOZ VERİB

187511

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 2,8% səviyyəsində proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “World Economic Outlook” hesabatının aprel sayında öz məlumat verilib.

Qeyd edilib ki, ötən ilin oktyabrında IMF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5% proqnozlaşdırırdı.
Bununla belə, Valyuta Fondunun IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqladığı hesabata görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3%, 2029-2032-ci illərdə isə illik 2,4%-dən yuxarı olacağı proqnozlaşdırılıb.

IMF yeni hesabatında Azərbaycanın ÜDM artımını 2025-ci ildə 2,3%, 2029-cu ildə isə 2,4% səviyyəsində proqnozlaşdırır.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4% səviyyəsində proqnozlaşdırır. 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO