BVF: Dünya iqtisadiyyatını bu il yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir

Hazırda oxunan: BVF: Dünya iqtisadiyyatını bu il yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir

187496

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında deyilir.

Beynəlxalq Valyuta Fondu 2024-cü və 2025-ci illərdə qlobal ÜDM-in 3,2 faiz artacağını proqnozlaşdırır ki, bu rəqəm ötən ilin göstəricilərinə yaxındır.

“Qlobal iqtisadiyyatın kifayət qədər sabit qaldığına inanırıq”, - deyə BVF-nin baş iqtisadçısı Pyer Olivye Qurinşa jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin bir çox ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırmasını tənəzzülün bədbin proqnozlarına meydan oxuduğunu qeyd edib.

BVF-nin hesabatında deyilir ki, bir çox ölkələrin COVID-19 pandemiyasından və yaşayış böhranından az ziyan çəkdiyi göz qabağındadır, üstəlik onlar pandemiyadan əvvəlki istehsal səviyyəsinə, əvvəllər proqnozlaşdırıldığından daha sürətlə qayıdırlar.
İnflyasiya səviyyəsi aşağı düşür, lakin son aylarda mərkəzi bankların öz hədəflərinə geri qayıtması prosesi nisbətən yavaşlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO