DSMF sosial yardımla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

Hazırda oxunan: DSMF sosial yardımla bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

187492

“Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya kömək edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq. Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmağı tövsiyə etmişik”.

Bu barədə Bizim.Media-ya DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev: “Ünvanlı sosial yardım almaq üçün prosedurlar çox sadələşdirilib”


“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir. Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir. Müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir. Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır.

Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir.

İstənilən şəxs ünvanlı yardımın hansı ailələrə təyin edildiyi və sair barədə nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat ala, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər.

Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar”, - deyə məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO