Yanvarda qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
O bildirib ki, Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac olunub.
“Bu dövrdə TANAP-la Türkiyəyə 0,4 milyard kubmetr qaz nəql edilib. Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,5 milyon ton, ixraca nəql edilən həcmlər isə 2,1 milyon ton olub. Yanvarda 30 milyon kubmetr artımla hasil edilmiş 4,3 milyard kubmetr qazın 2,3 milyard kubmetri ixrac olunub”, - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:18 / 13.02.2024
Ötən ay Azərbaycanda hasil edilən qazın 54 faizi ixrac edilib - FOTO
Hazırda oxunan: Ötən ay Azərbaycanda hasil edilən qazın 54 faizi ixrac edilib - FOTO
Hazırda oxunan: Ötən ay Azərbaycanda hasil edilən qazın 54 faizi ixrac edilib - FOTO
177902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.