“Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etməlidir.
Maliyyə Nazirliyi Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görməlidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:06 / 01.02.2024
Sahibkarlara aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib
Hazırda oxunan: Sahibkarlara aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib
Hazırda oxunan: Sahibkarlara aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib
176163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.