Azərbaycandan qanunsuz 1 miyarddan çox xarici valyuta çıxarılıb

Azərbaycandan qanunsuz 1 miyarddan çox xarici valyuta çıxarılıb

Hazırda oxunan: Azərbaycandan qanunsuz 1 miyarddan çox xarici valyuta çıxarılıb

16850

Ötən il Azərbaycandan qanunsuz 1,1 milyard dəyərində xarici valyuta ixrac olunub.

Bizim.Media-nın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 mlrd. manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları) ixrac olunub.

Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO