Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Bizim.Media xəbər verir ki, Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən birgə təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak edirlər.
Konfransda TDT üzv ölkələrin nümayəndələrinin “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda müzakirə və təqdimatları olacaq.
*** 08:55
Bu gün Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bizim.Media xəbər verir ki, konfransda “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusuna dair müzakirə və təqdimatlar baş tutacaq.
Eyni zamanda Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan təmsilçiləri çıxışlar edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:58 / 01.12.2023
Şuşada beynəlxalq elmi konfrans KEÇİRİLİR – YENİLƏNİB
Hazırda oxunan: Şuşada beynəlxalq elmi konfrans KEÇİRİLİR – YENİLƏNİB
Hazırda oxunan: Şuşada beynəlxalq elmi konfrans KEÇİRİLİR – YENİLƏNİB
166947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.