“Trendyol”da istehlakçı hüquqlarının müdafiəsi MÜZAKİRƏ EDİLİB 

“Trendyol”da istehlakçı hüquqlarının müdafiəsi MÜZAKİRƏ EDİLİB 

Hazırda oxunan: “Trendyol”da istehlakçı hüquqlarının müdafiəsi MÜZAKİRƏ EDİLİB 

162794

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trendyol” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. 

Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb. Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsinin önəmi, eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub. 

Nümayəndə heyətinə Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək. 
Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO