Bu gün Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") işə başlayıb.
Bizim.Media xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.
Forumun əsas mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır. Tədbir "İmkanların azad olması: neobanklar və maliyyə ekosistemi", "Özünəxidmətin yeni sərhədi", "Maliyyə texnologiyaları və trendlər", "Ödənişlərin təkamülü: minimum təmasa doğru", "Əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası", "Rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları", "ESG bankçılığı", "Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada pul köçürmələri" mövzularını da əhatə edir.
IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:50 / 01.11.2023
Bakıda Beynəlxalq Bankçılıq Forumu KEÇİRİLİR – FOTO
Hazırda oxunan: Bakıda Beynəlxalq Bankçılıq Forumu KEÇİRİLİR – FOTO
Hazırda oxunan: Bakıda Beynəlxalq Bankçılıq Forumu KEÇİRİLİR – FOTO
162378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.