Neft fondu banklara 4 milyard dollar satıb

Neft fondu banklara 4 milyard dollar satıb

Hazırda oxunan: Neft fondu banklara 4 milyard dollar satıb

158417
Bu ilin 9 ayı ərzində banklara 4 milyard dollar satılıb.

Bu barədə Mərkəzi Bankın 2016-cı ilin yanvar-sentyabr ayları üzrə hesabatında deyilir.

Hesabata əsasən həmin müddətdə xarici valyutaya tələb tədricən azalıb ki, bu da valyuta bazarında Mərkəzi Bankın iştirakının azalmasına gətirib çıxarıb.

Hesabat dövründə valyuta bazarının həcminin azalması tələb və təkliflə bağlıdır. Mal və xidmət idxalının azalması, habelə ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.

Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib, xarici valyutalar isə banklara Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın həyata keçirdiyi hərraclar vasitəsilə satılır. Hesabat dövründə ümumilikdə 88 valyuta hərracında 4 milyard dollar satılıb, ötən ilin müvafiq dövründə isə bu rəqəm 5 milyard dollar olub.(trend)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO