Mikayıl Cabbarovdan

Mikayıl Cabbarovdan "Azərxalça"nın yeni sədrinə jest - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarovdan "Azərxalça"nın yeni sədrinə jest - FOTO

15248

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri təyin edilmiş Emin Məmmədov qurumun kollektivinə təqdim olunub.

Bizim.Media xəbər verir ki, təqdimatı iqtisadiyyat naziri Mikayıl Cabbarov edib.

Xatırladaq ki, E.Məmmədov 1970-ci ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib, elmi-yaradıcılıq fəaliyyəti ilə də məşğuldur.

Onun müəllifliyi ilə tanınmış Azərbaycan rəssamlarının həyat və yaradıcılığına həsr olunmuş 16 əsər dərc olunub, “Zəfər” ordeninin və “Vətən Müharibəsi Qəhrəmanı” medalının dizaynı işlənib hazırlanıb.

E.Məmmədov Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Ölkə prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO