Rusiya rublu yenə ucuzlaşdı: Azərbaycanın ixrac potensialına necə təsir edəcək? -Ekspertdən mənfi PROQNOZ

Rusiya rublu yenə ucuzlaşdı: Azərbaycanın ixrac potensialına necə təsir edəcək? -Ekspertdən mənfi PROQNOZ

Hazırda oxunan: Rusiya rublu yenə ucuzlaşdı: Azərbaycanın ixrac potensialına necə təsir edəcək? -Ekspertdən mənfi PROQNOZ

150930

Bu ilin yanvar-iyul ayları ərzində Rusiyanın milli valyutasının real effektiv məzənnəsi ticarət tərəfdaşlarının valyutalarına nisbətdə 26,4 faiz azalıb. Bu dəyər təkcə ötən ay 7,7 faiz aşağı düşüb.

Bu gün isə Moskva birjasında dolların məzənnəsi 100 rubldan yuxarı qalxıb və 1 dollar 100,34 rubl olub və hazırda 100,22 rubl təşkil edir. Ümumiyyətlə, son gün ərzində dollar rubl qarşısında 0,7%-dən çox bahalaşıb. Rusiyada avro isə 109,6 rubla dəyişdirilir.

Rusiya Azərbaycanla əsas ticarət tərəfdaşlığı olan ölkədir. Bu baxımdan rublun bu cür sürətlə dəyərdən düşməsi Azərbaycan üçün nə qədər təhlükəlidir? 

Ölkəmiz Rusiyaya ixrac edən ölkə olduğu üçün ixracatçılarımızın zərəri nə qədər olacaq? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Akif Nəsirli bildirdi ki, əgər qonşu ölkələrdə valyutanın ucuzlaşması ümumi səbəblərdən olarsa, digər ölkələrə də mənfi təsir edəcək və inflyasiyaya səbəb olacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ixrac potensialı kəskin artıb - HESABAT


“Ancaq Rusiyada baş verən bu proses inflyasiya yönümlü deyil. Çünki, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar və məhdudiyyətlər səbəbindən baş verir. Hazırda Rusiya iqtisadiyyatında çökmələr baş verir və bunun fonunda da rubl getdikcə ucuzlaşır”. 

Ekspertin sözlərinə görə, son proseslər Rusiyanın tərəfdaş olduğu ölkələrin bir qisminə müsbət, digər qisminə isə mənfi təsir edir:

“Əsasən idxalçı ölkələr bundan mənfəət əldə edirlər. Azərbaycanın da bu ölkədən idxal etdiyi məhsullar elə də geniş tərkibli olmadığı üçün qiymət fərqində udur. Məsələn, əgər buğda idxal ediriksə və dəyərini dollarla və ya rublla ödəyiriksə, bu zaman sahibkarlarımız udur və buğda onlara ucuz başa gəlir. Məsələ burasındadır ki, Azərbaycan bu ölkəyə həm də bir neçə adda kənd təsərrüfatı məhsulları ixrac edir”. 

Dövlət Statistika Komitəsinin son məlumatlarına istinad edən A.Nəsirli, qeyd etdi ki, həqiqətən də bu il qonşu ölkəyə mal ixracatımız xeyli azalıb: 

“Bu da orada gedən böhranın dərinləşməsi, inflyasiyanın sürətlənməsi, əhalinin real gəlirlərinin və bunların fonunda alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Bu ölkəyə pomidor, qapız, yemiş və digər kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlarımız rublla alış-veriş etdikləri üçün zərərə uğrayırlar. Rublun dəyərdən düşməsi davam etdikcə, bu zərərin miqyası daha da artır”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO