“Son illər xaricdə əmlak almağa maraq göstərən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə olunur. Həmyerlilərimiz müxtəlif ölkələrdə fərqli çeşidli əmlaklara vəsait yatırmaqdadırlar. Əvvəlki illərlə müqayisədə isə əmlaka yatırım coğrafiyası və məqsədləri də dəyişib”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə son illər Azərbaycan vətəndaşları daha çox qardaş ölkə olan Türkiyədən əmlak almağa üstünlük verir:
“Müharibədən əvvəl azərbaycanlılar Ukraynadan əmlak alırdı. Amma müharibə bu statistikanı dəyişdi. Azərbaycanlıların ən çox investisiya qoyduqları istiqamətlərdən biri də Gürcüstandır. Gürcüstanda xüsusilə daşınmaz əmlakın qeydiyyatı istiqamətində aparlan islahatlar və s. buna təsir göstərir.
Gürcüstana daşınmaz əmlaka investiya qoyuluşları baxımından azərbaycanlılar birinci yerdədirlər. Son iki ildə baş verən proseslər Rusiyaya mənfi təsir göstərib. İndi Rusiyada yaşayan azərbaycanlıların daha çox Azərbaycana axını tendensiyası müşahidə olunur. Bu səbəbdən Rusiyada vəziyyət bir qədər mənfiyə doğru dəyişib. Orta Asiya ölkələrində də əvvəlki illərlə müqayisədə nisbi artım var. Amma bu göstəricilər Türkiyə səviyyəsinə gəlib çatmayıb”.
Ekspert qeyd edib ki, azərbaycanlıların daşınmaz əmlaka tipik yanaşma tərzləri var:
“Bu daha çox yaşayış məqsədlidir. İnvestisiya məqsədli daşınmaz əmlak alqı-satqısı o qədər də çox deyil. Türkiyədə əmlak alanların sayı ona görə artır ki, bu ölkədə yaşayanların sayı ilbəil artır”.
Qeyd edək ki, Türkiyə Statistika İdarəsinin məlumatına görə 2015-ci ildən etibarən azərbaycanlılar mütəmadi olaraq qardaş ölkədən ən çox əmlak alanlar arasındadırlar. Son 8 ildə – 2015 -2022-ci illərdə Azərbaycan vətəndaşları Türkiyədən 9 minə yaxın əmlak alıblar. Azərbaycanlıların Türkiyədən ən çox əmlak aldığı dövr 2021-ci il və bu say isə 1517 ədəd olub.
Onu da bildirək ki, 2012-ci ildə Türkiyə hökuməti xaricilərin ölkədə əmlak alması ilə bağlı tarixi qərarlar qəbul edib və Türkiyənin əmlak bazarı xarici vətəndaşların üzünə açılıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:40 / 09.08.2023
Azərbaycanlılar ən çox investisiyanı bu ölkəyə YATIRIR – AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanlılar ən çox investisiyanı bu ölkəyə YATIRIR – AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanlılar ən çox investisiyanı bu ölkəyə YATIRIR – AÇIQLAMA
150092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.