Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları TƏSDİQLƏNDİ

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları TƏSDİQLƏNDİ

Hazırda oxunan: Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları TƏSDİQLƏNDİ

146185

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir.

- Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat

- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib. Qeyd edək ki, bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, bu gün Milli Məclisin növbətənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO