Rusiyada dollar kəskin BAHALAŞDI – Hazırda 86 rubldan YÜKSƏKDİR

Rusiyada dollar kəskin BAHALAŞDI – Hazırda 86 rubldan YÜKSƏKDİR

Hazırda oxunan: Rusiyada dollar kəskin BAHALAŞDI – Hazırda 86 rubldan YÜKSƏKDİR

143364

Bu gün səhər saatlarında Rusiyada dollar yenidən bahalaşdı. 

Bizim.Media xəbər verir ki, Moskva birjasında hərracların açılışında dolların məzənnəsi 2022-ci il martın 30-dan bəri ilk dəfə olaraq 1 dollar 86 rublu ötdü.

Avro isə aprelin 25-dən bəri ilk dəfə 94 rubla təklif olunub. Yuanın məzənnəsi 7 apreldən bəri ilk dəfə 12 rublu ötüb.

Qeyd edək ki, Rusiya valyutası ötən həftənin sonunda baş verən daxili siyasi hadisələr fonunda kəskin ucuzlaşmağa məruz qalıb. İyunun 23-dən 24-nə keçən gecə banklar xarici valyutaların satış qiymətlərini kəskin bahalaşdırıb. Səhər saatlarında isə dollar və avronun məzənnəsini 10-13 rubl artıb.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO