Bu günlərdə geni dəyişdirilmiş çay və taxıl məhsullarının Azərbaycana gətirilməsini yasaqlayan qanun layihəsinin qəbulu gözlənilir.
Maraqlıdır, GMO məhsulları
ilə bağlı qadağanın bütün ərzaq məhsullarına deyil, ayrı-ayrılıqda müəyyən məhsullara
tətbiq edilməsi nə dərəcədə məntiqlidir? Niyə bu qadağa bütün ərzaq məhsullarına
şamil edilmir?
Bununla bağlı Moderator.az-a
açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əslində digər
məhsullarla bağlı da bəlli qadağanın mövcud olduğunu vurğuladı:
“Geni dəyişdirilmiş
toxumların, malların Azərbaycana gətirilməsini yasaqlayan çoxsaylı qanunlar və
qərarlar var. Hətta həbs cəzası belə nəzərdə tutulub. Lakin bir sıra toxumlar
Azərbaycana tədqiqat üçün gətirilə bilər. Yəni bu toxumları əkib ondan məhsul
götürmək olmaz. Görünür, çay və taxın məhsulları tədqiqat üçün də gətirilə bilməz.
Bu məhdudiyyətlər nə qədər
çox olsa, bir o qədər yaxşıdır. Lakin bunu da etiraf etmək lazımdır ki, Azərbaycanda
GMO əkinçilik və toxumçuluq var. Çayçılıq Azərbaycanın özəl təsərrüfat sahəsidir.
Bu sahənin qorunması üçün belə qanun dəyişikliyi edilib. Ancaq onu da qeyd edək
ki, əslində bütün məhsullar üçün bu cür məhdudiyyətlər və qadağalar mövcuddur”x9d.
Seymur Əliyev






























































































