Zaxarova: “Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə marağını yüksək qiymətləndirir”

Zaxarova: “Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə marağını yüksək qiymətləndirir”

Hazırda oxunan: Zaxarova: “Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə marağını yüksək qiymətləndirir”

140311

“Biz Azərbaycanın Avrasiya İqtisadi Birliyinə marağını alqışlayır və yüksək qiymətləndiririk. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin mayın 25-də ilk dəfə qonaq qismində Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etdi. Azərbaycanın Baş naziri Soçidə Avrasiya Hökumətlərarası Şurasının iclasına gəldi. Bu təmaslar olduqca faydalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə deyib. 

“Hesab edirik ki, Bakının Avrasiya İqtisadi Birliyi ilə qarşılıqlı fəaliyyətinin səviyyəsinin yüksəldilməsi bu əməkdaşlığın bütün tərəflərinə nəzərəçarpacaq iqtisadi mənfəət gətirə bilər və əlbəttə, ilk növbədə, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrin və inteqrasiya proseslərinin möhkəmlənməsinə müsbət təsir edəcək”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO