SOCAR Rumıniyada daha bir YDM istifadəyə verdi

SOCAR Rumıniyada daha bir YDM istifadəyə verdi

Hazırda oxunan: SOCAR Rumıniyada daha bir YDM istifadəyə verdi

139843
Dövlət Neft Şirkəti (SOCAR) Ruminiyanın Piteşti şəhərində “SOCAR”x9d brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verib.xa0

Moderator.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bununla da Rumıniyada “SOCAR”x9d brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.

“Nano 95, Nano Dizel və Nano Super Dizel tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb.

Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksessuarları, “Roviniete”x9d də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb”x9d, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO