Məcburi köçkünlər üçün iki milyon dollar qrant AYRILDI

Hazırda oxunan: Məcburi köçkünlər üçün iki milyon dollar qrant AYRILDI

139319

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsi üçün 2 milyon ABŞ dolları dəyərində saziş imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankından məlumat verilib.

Bildirilib ki, layihə üç il müddətində icra olunacaq Dünya Bankının idarə etdiyi Dövlət və Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdirilir. 

Layihənin məqsədi Azərbaycanda həssas vəziyyətdə olan məcburi köçkün ailələri üçün vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaqdır. 
“Dünya Bankı bu yeni qrant vasitəsilə Azərbaycanda məcburi köçkün icmalarına göstərdiyi uzunmüddətli dəstəyi davam etdirməkdən çox məmnundur”, - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib. “bu gün, bir çox məcburi köçkünlərin öz evlərinə qayıtma perspektivinin daha aydın olduğu şəraitdə, biz ümid edirik ki, bu qrantın icrasından əldə olunan dərslər məcburi köçkünlərin daha firavan gələcəyi naminə ehtiyac duyulan bir çox xidmətlərin gücləndirilməsinə kömək edəcək”. 

Qrant məcburi köçkünlərə aşağıdakı kimi fəaliyyətlər vasitəsilə dəstək verəcək: 

• xüsusi bacarıqların əldə edilməsinə kömək etmək üçün peşə hazırlığı və təlimi; 

• layihədə iştirak edəcək məcburi köçkünlərə öz bizneslərini daha effektiv idarə etməyə kömək etmək üçün maliyyə savadlılığı, maliyyə menecmenti və yaxşı biznes təcrübəsi təlimləri; 

• məcburi köçkünlərin öz icmalarında fəal iştirakına kömək etmək üçün vətəndaş iştirakı və sosial birlik üzrə bacarıqların artırılması. 

Layihənin məcburi köçkünlərin rifahının və dolanışıq perspektivlərinin yaxşılaşdırılmasına, habelə məcburi köçkünlərin yaşayış şəraitinə dəstək proqramlarını planlaşdırmaq üçün hökumətin potensialının gücləndirilməsinə birbaşa töhfə verəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO