2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,9 faiz artaraq 3 milyard 504,0 milyon manat olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 639,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.
Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 345,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:12 / 29.05.2023
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində ARTIM
Hazırda oxunan: Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində ARTIM
Hazırda oxunan: Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində ARTIM
138572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.