Cari ilin 4 ayı ərzində kommersiya banklarının depozitlərinin ümumi dəyəri 111 milyon 567,1 min manatdan çox olub.
Bizim.Media Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bunun 63 milyon 384,1 min manatı manatla olan depozitlər, 48 milyon 183 min manatı isə xarici valyutada olan depozitlər təşkil edib.
Burdan da manatla yatırılan depozitlərin xarici valyutadakı depozitlərin həcmindən 15 milyon 201,1 manat çox olduğu aydın olur.
Qeyd edək ki, ötən ilin eyni dövründə bu vəsaitlər müvafiq olaraq, 51 milyon 702,7 min manat və 45 milyon 140,6 manat həcmində olub.
Hesablamalardan da görünür ki, manata depozitlərdə 11 milyon 681,4 min manat və ya 7,40 faiz, xarici valyutada olan depozitlərdə isə 3 milyon 042,4 min manat və ya 1,47 faiz artım baş verib.
Rövşən Ziya, Bizim.Media
![Kommersiya banklarının depozitləri 111,5 milyon manatı ÖTDÜ Kommersiya banklarının depozitləri 111,5 milyon manatı ÖTDÜ](https://bizim.media/file/articles/2023/05/23/1684838971_1684559209_1620fa146d56d21c7dc2715edd1b50b4931c9bb9fc38c9623500605575a0b0b8ca45458bac45d36dd3290f757a5135f41639746138_1639746117_1639742292_manathesabunvan-jpg-jpg-jpg.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
15:05 / 23.05.2023
Kommersiya banklarının depozitləri 111,5 milyon manatı ÖTDÜ
Hazırda oxunan: Kommersiya banklarının depozitləri 111,5 milyon manatı ÖTDÜ
Hazırda oxunan: Kommersiya banklarının depozitləri 111,5 milyon manatı ÖTDÜ
137524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.