Daha iki bank bağlanmaq təhlükəsi ilə ÜZ-ÜZƏDİR – ADLAR/FOTO 

Daha iki bank bağlanmaq təhlükəsi ilə ÜZ-ÜZƏDİR – ADLAR/FOTO 

Hazırda oxunan: Daha iki bank bağlanmaq təhlükəsi ilə ÜZ-ÜZƏDİR – ADLAR/FOTO 

136801

Bir neçə gün öncə “Günay Bank” ASC-nin lisenziyasının ləğv olunması məcmu kapitalı az olan digər kommersiya banklarını da eyni təhlükə qarşısında qoyub. 

Bizim.Media xəbər verir ki, Azərbaycanda mövcud olan kommersiya banklarının renkinq siyahısına nəzər saldıqda, onların arasında ən zəif bank “Bank BTB” ASC və “Bank Melli İran” Bakı filialıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Günay Bank”da 70 milyon manat əmanət niyə batdı? – ARAŞDIRMA 


“Günay Bank” ASC-nin məcmu kapitalı 64,3 milyon manat olsa da, Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyasının ləğv olunması barədə qəbul olundu.

Səbəb kimi isə, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi əsas göstərildi.

Ancaq “Günay Bank”-ın lisenziyasının ləğv olunması barədə qərardan dərhal sonra Milli Məclisin deputatı Vüqar Bayramov yazdı ki, əslində bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub. Bu portfelin 38.5 milyon manatı isə sığortalanmış əmanətlərdir. 

Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir.

Amma bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb.

Əslinə qalsa, “Bank BTB” ASC-nin və “Bank Melli İran” Bakı filialının məcmu kapitalı “Günay Bank ASC-nin məcmu kapitalından xeyli miqdarda azdır. Belə ki, hazırda “Bank BTB” 55,2 milyon manatlıq, “Bank Melli İran” isə 54,6 milyon manatlıq sərvətə malikdirlər. Bu da onu göstərir ki, bu bankların məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından azdır. 

Xatırladaq ki, hər iki bank 2022-ci ili ciddi zərərlə başa vurmuşdular. Belə ki, “Bank BTB” cari ilin fevral ayında açıqladığı hesabatda isə 5.3 milyon manat zərər etdiyini bəyan etmişdi. “Bank Melli İran”ın isə zərəri cəmi 271 min manat olmuşdu.

Qeyd edək ki, “Bank BTB”-nin adıçəkilən hesabatına diqqət yetirdikdə, belə aydın olur ki, bank artıq iflas etmək üzrədir.

Yəni, artıq növbə bu bankındır və qısa müddət ərzində lisenziyasının ləğv olunması qaçılmaz olacaq. 

“Bank Melli İran”ın da vəziyyəti xoşagələn deyil. Həm məcmu kapitalı ilə bağlı açıqlanan renkinqlərə və hesabatlarına, həm də Azərbaycanla İran arasında yaranmış gərginliyə nəzər salsaq, yaxın dövlərdə bağlanması mümkün görünür. 


Sonda onu da əlavə edək ki, bankların məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır. Məcmu kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO