Azərbaycanın xarici ticarət gəlirləri 17 milyard dolları ÖTDÜ – RƏSMİ  

Azərbaycanın xarici ticarət gəlirləri 17 milyard dolları ÖTDÜ – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanın xarici ticarət gəlirləri 17 milyard dolları ÖTDÜ – RƏSMİ  

136590

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının dünyanın 179 ölkəsi ilə həyata keçirdiyi xarici ticarət əməliyyatlarının ümumi dəyəri 17 milyard 882 milyon 674.29 min ABŞ dolları təşkil edib.  

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabatda, ötən ilin müvafiq dövründə isə 15 milyard 863 milyon 904.92 min ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. 

Burdan da aydın olur ki, bir il ərzində maliyyə dəyərində 2 milyard 018 milyon 769,37 min ABŞ dolları dəyərində ciddi artım baş verib.  

Cari dövrdə baş tutan ticarət əməliyyatlarının 5 milyard 297 milyon 861.35 min ABŞ dollarını idxal, 12 milyard 584 milyon 812.94 min ABŞ dollarını isə ixrac əməliyyatları təşkil edib.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO