2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb və bu il mayın 1-nə 1 713 min olub.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib.
“Qanuni əmək münasibətləri sosial hüquqların təminatında, əmək bazarında şəffaflaşmada, məşğulluğun təşviqində üstünlüklər yaradır”, - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:19 / 12.05.2023
Ölkədə əmək müqavilələrinin sayı AÇIQLANDI
Hazırda oxunan: Ölkədə əmək müqavilələrinin sayı AÇIQLANDI
Hazırda oxunan: Ölkədə əmək müqavilələrinin sayı AÇIQLANDI
135605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.