Azərbaycanın iştirakı ilə altı ölkə Avropada qaz sazişi imzalayacaq

Azərbaycanın iştirakı ilə altı ölkə Avropada qaz sazişi imzalayacaq

Hazırda oxunan: Azərbaycanın iştirakı ilə altı ölkə Avropada qaz sazişi imzalayacaq

132551

Aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada təbii qaz infrastrukturunun həcminin artırılmasına dair genişmiqyaslı sazişin imzalanma mərasiminin keçirilməsi gözlənilir.

Bizim.Media Bolqarıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, sənədi Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya tərəfi imzalayacaq.

Bu saziş Azərbaycan təbii qazının Bolqarıstan vasitəsilə Mərkəzi Avropaya çatdırılmasına imkan verəcək.

Xatırladaq ki, ötən ay Macarıstanın aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırdığı barədə məlumat verilmişdi.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd etmişdi ki, ölkəsi bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO