“Səfəriniz çərçivəsində biz, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək Ali Dövlətlərarası Şuranın yaradılmasını gücləndiririk. Ticarət-iqtisadi əməkdaşlığımızda nəzərəçarpacaq irəliləyişi məmnunluqla qeyd etmək istərdim. Ticarət dövriyyəsi 40% artaraq yarım milyard dollara çatıb”.
Bizim.Media qazax mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO
“Əminəm ki, iqtisadi potensialımız tam üzə çıxdıqdan sonra biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün bizim enerji, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev rəsmi səfərlə Astana şəhərinə gəlib və Prezident Qasım-Jomart Tokayevlə görüşüb.
Bizim.Media