Hesablardakı pulların nağdlaşdırılması xəbərdarlığı ilə bağlı Rəsmi AÇIQLAMA

Hesablardakı pulların nağdlaşdırılması xəbərdarlığı ilə bağlı Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Hesablardakı pulların nağdlaşdırılması xəbərdarlığı ilə bağlı Rəsmi AÇIQLAMA

128700

Son günlərdə müəyyən sosial şəbəkələrdə müxtəlif istifadəçilər tərəfindən “bank sisteminin çökməsi”, “əmanətlərin dondurulması”, “kart və hesablarda olan pulları nağd etmək tövsiyə edilir” başlıqları altında həqiqəti əks etdirməyən və əsası olmayan paylaşımlar yer almaqdadır. 

Bizim.Media Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata istinadən xəbər verir ki, bu məlumatlar tamamilə yanlışdır və təxribat xarakteri daşıyır:

“Bildirmək istəyirik ki, 2022-ci ilin nəticələri bank sistemi, o cümlədən rəqəmsal ödənişlər üzrə uğurlu olub. Bank sektorunda müşahidə olunan inkişaf tendensiyası hazırkı dövrdə də yüksələn trayektoriya ilə davam edir və bank sistemi bu inkişaf fonunda öz dayanıqlılığını qorumaqdadır. 
Cari ilin fevral ayının sonuna Azərbaycan bank sektorunun aktivlərinin həcmi 45.7 mlrd. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% çoxdur. Hesabat dövründə bankların kredit portfelinin həcmi isə ötən ilin fevralına nəzərən 15.4%, ilin əvvəlinə nəzərən isə 163 mln. manat artaraq, 19.8 mlrd. manata yüksəlib. Banklara inam göstəricisi kimi göstərilən əhalinin banklardakı əmanətlərinin həcmi isə 11.7 mlrd. manata yüksəlib ki, bu da illik 18.1%, ilin əvvəlinə nəzərən isə 1.5%-lik artımın olduğunu göstərir”. 

Qurumdan bildirilib ki, cari ilin fevral ayında dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.4% artaraq, 13 mln. 654 min ədəd təşkil edib.

Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb və 2877 mln. manat olub.

Azərbaycan Banklar Assosiasiyası ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamaq, həmçinin bu kimi təxribat xarakterli hallara qarşı ehtiyatlı olmağla bağlı çağırış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO