Prezident: Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb

Prezident: Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb

Hazırda oxunan: Prezident: Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb

121233

“Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib.

Dövlətimizin başçısı, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğulayıb. 

Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb. 
Dövlətimizin başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO