Son bir ayda soğanın bir kiloqlamını bazar və pərakəndə satış obyektlərindən 0,90 manatdan 1,30 manata qədər artıb. 2022-ci ilin dekabr ayı və cari ilin yanvar ayında soğanın topdan satış qiyməti son 5 ilin müvafiq dövrləri ilə müqayisədə maksimal həddə - bir kiloqramı 0.70 manata yüksəlib.
Kənd Təsərrüfatı Nazirliyi soğan qıtlığını Ukrayna faktoru ilə izah edib. Lakin mütəxəssislər bu fikirlə razılaşmır.
Məsələn kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda soğana və kartofa olan tələbatın böyük hissəsi yerli istehsal hesabına ödənilir:
MÖVZU İLƏ BAĞLI:
Kartof kəskin bahalaşdı - VİDEO
“Son 1 ildə soğan istehsalı xeyli azalıb. Xatırlayırsınızsa 2022-ci ilin yaz aylarında soğan sahələrinə zərərvericilərin kütləvi hücumu oldu.
Fermerlərə əsaslı dəstək olmadığı üçün xeyli əkin sahəsi sıradan çıxdı. Bundan başqa qonşu dövlətlərdəki soğan qıtlığına görə ötən il olduğu kimi bu ilin əvvəlində və son 3 ayda ölkəmizdən xeyli miqdarda soğan ixrac edildi. Bax, bu 2 səbəbə görə soğan qıtlığı yaranıb və qiymətlər kəskin bahalaşıb. İndiki zamanda vəziyyətin sabitləşdirilməsi üçün 2 vacib addım atılmalıdır:
Birincisi, soğan ixracına kvota tətbiq edilməlidir.
İkincisi, yeni mövsümə qədər idxalı artırmaq gərəkdir. Əks-təqdirdə soğan yeni məhsul çıxana qədər-yəni aprel ayına qədər bahalaşmaqda davam edəcək”.
Surxay Atakişiyev, Bizim.Media