Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri məlum olub.
Bizim.Media-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Banka yeni səlahiyyətlər verildi
- ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;
- makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;
- iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;
- iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.
Bizim.Media