Azərbaycanda vergi borcu olanlara ŞAD XƏBƏR 

Azərbaycanda vergi borcu olanlara ŞAD XƏBƏR 

Hazırda oxunan: Azərbaycanda vergi borcu olanlara ŞAD XƏBƏR 

116364

“Vergi borcu olanlar da hesab aça biləcəklər”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında bildirib.

O qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər.

“Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

Bu məhdudiyyətin aradan qaldırılması, bir tərəfdən, vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən, onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır.
Çünki bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər. Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır”, - deyə deputat əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO