Ölkəmizdə dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Ölkəmizdə dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Hazırda oxunan: Ölkəmizdə dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

111527

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nisbətən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.

Bizim.Media  Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26,6 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO