Azərbaycan əhalisinin gəlirləri açıqlanıb – Artım var 

Azərbaycan əhalisinin gəlirləri açıqlanıb – Artım var 

Hazırda oxunan: Azərbaycan əhalisinin gəlirləri açıqlanıb – Artım var 

109644

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manata çatıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6182,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 55 milyard 761,6 milyon manat təşkil edib. 

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO