İlham Əliyev: “Biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq”

İlham Əliyev: “Biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq”

Hazırda oxunan: İlham Əliyev: “Biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq”

105947

“Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası yaradılır - VİDEO


“Prezidentlə bizim çox konstruktiv görüşümüz oldu, biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir”. 

Ölkəmizin başçısı qlobal gündəlikdə mühüm məsələlərdən biri olan enerji təhlükəsizliyindən söhbət açıb:  

“Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq.

Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır.  

Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO