Yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşdirilir 

Yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşdirilir 

Hazırda oxunan: Yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşdirilir 

105052

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb. 

Sənədə əsasən, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq. 

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO