Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il oktyabr ayının qiymət indeksini açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Veysəloğlu Pərakəndə İndeksi” 115,2% təşkil edib.
Bu indeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 15,2% qiymət artımı müşahidə olunub. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
Məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin oktyabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin oktyabr ayına nisbətən 19,9% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin oktyabr ayına nisbətən 19,9% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 22,1% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 7,4% artım izlənilib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Aylar üzrə ümumi qiymət dəyişikliyi:
“Veysəloğlu Pərakəndə İndeksi” nədir?
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.
“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:
Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%
Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:
Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%
Beləliklə, “Veysəloğlu Pərakəndə İndeksi” aşağıdakı kimi hesablanacaq:
(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%
Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət artımı müşahidə olunur.
“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.
Bizim.Media