Aİ-yə ABŞ-ın təbii qaz tədarükü artdı

Aİ-yə ABŞ-ın təbii qaz tədarükü artdı

Hazırda oxunan: Aİ-yə ABŞ-ın təbii qaz tədarükü artdı

103224

Avropa İttifaqı (Aİ) yanvar-oktyabr aylarında ABŞ-dan 48 milyard kubmetr mayeləşdirilmiş təbii qaz alıb ki, bu da 2021-ci ilin bütün göstəricilərindən çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ evin ABŞ-Avropa İttifaqının enerji təhlükəsizliyi üzrə işçi qrupunun iclasının yekunlarına dair yaydığı press-relizdə qeyd olunub. 

“Təkcə bu il, yanvar-oktyabr aylarında ABŞ-dan Aİ-yə təxminən 48 milyard kubmetr mayeləşdirilmiş təbii qaz ixrac edilib ki, bu da bütün 2021-ci illə müqayisədə 26 milyard kubmetr çoxdur”, - sənəddə deyilib. 
Qeyd olunub ki, tərəflər 2023-cü ildə də ABŞ-ın mayeləşdirilmiş təbii qazının Avropaya tədarükünü yüksək səviyyədə saxlamaq üçün çalışmaq niyyətindədirlər.

2023-cü ildə Avropa ölkələrinin Vaşinqtondan 2021-ci ildəkindən 50 milyard kubmetr çox mayeləşdirilmiş təbii qaz alacağı planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO